Cənubi Azərbaycanlıların halal haqlarını qaytarmaq üçün MÜASİR, MÜSTƏQİL, GÜCLÜ DÖVLƏTİMİZİ GÖZ BƏBƏYİMİZ KİMİ QORUMALIYIQ

10 fevral 1828 ci ildə Azərbaycan Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında bağlanmış "sülh" müqaviləsi ilə iki yerə bölünüb. Təxminən 130 min kv km ərazizimiz, 9 xanlıq, 4 bəylərbəyliyi Rusiyaya birləşdirildi. Cənubi Azərbaycan, bütünlüklə Qacarlar dövləti (İndiki iranın bütün ərazisi) İngiltərə İmperiyasının güclü təsiri altında olsa da, Azərbaycan dövləti olaraq 1925 ci ilə qədər qalırdı. Xalqımızın başına gətirilən bu müsibətin səbəbi nə idi? Bütün bu bəlaların səbəblərini bilmək üçün bu hadisələrə və buna qədər olan tarixi hadisələrə çox qısa geosiyasi müharibələr prizmaslndan nəzər salaq. Hamıya məlumdur ki, Türk xalqları dünyanın aparıcı etnoslarından biridir. Türklər dünyanın subyekti olaraq güclü dövlətlərə sahib olublar. Dünyanın digər böyük gücləri bu amansız geosiyasi müharibələrində özlərinə birinci rəqib Türk dövlətlərini görürdülər və bizə qarşı hər zaman açıq və gizli mübarizələrdə olublar. Məkirli qüvvələr Türk dövlətlərinə qarşı ən amansız və ən iyrən müharibələr aparıblar. Açıq odlu müharibədən tutmuş, ideoloji, informasiya, hibrit və terror müharibələri ilə Türk dövlətlərinə qarşı hücumlar ediblər. Qısa olaraq qeyd edim ki, Səfəvilər dövlətimizi, Afşarlar dövlətimizi, Qacarlar dövlətimizi və Osmanlı dövlətini də həmən məkirli qüvvələr bu mühariblərlə amansızlıqla dağıdıb yox ediblər. Çox uzatmadan qayıdaq 1828 ci ildə olan geosiyasi vəziyyətə. Qacarlar dövlətimizi quran böyük hökmdarımız Ağa Məhəmməd Şah Qacara məkirli qüvvələrin xain informasiya hücumlarının təsiri ilə sui-qəst edildikdən sonra, bütün Qacarlar dövləti tam sürətlə İngiltərənin zərərli informasiya meydana çevrildi. Şimaldan isə Rusiya İmperiyası hücumlar edirdi. Şimal Xanlıqlarımızın Xanlarının çoxu Rusiyanın şirin vədlərinə aldanaraq müstəqil dövlət olmaq xülyalarına düşmüşdülər. Şimal xanlarımız mərkəzləşmiş vahid, güclü dövlətin olmasını yox, hərə özünü müstəqil olmasına çalışırdılar. Artıq cənubi Azərbaycanda da, Şimali Azərbaycanda da insanlar Rusların və İngilislərin apardığı zərərli informasiya toruna düşmüşdülər. Beyinlər vahid güclü dövlətə qarşı zəhərlənmişdir. Xalqımız əvvəl beyinlərində özləri parçalandı, sonra da vətənimiz parça-parça oldu. Artıq hadisələrin sonunda Gəncə xanı da, İrəvan xanı da Rusların yalan vədlərinin fərqində olsalar da Rusiyaya qarşı müharibələr aparsalar da, artıq gec idi. Onu da qeyd edim ki. Rusiyanın İrəvan qalasına qarşı 5 hücumuna qarşı İrəvan xanlığı qəhrəmanlıqla döyüşlər aparıblar. Çox təssüf olsun ki, Vətənimiz artıq parçalanmışdır. Kiçik xanlıq dövləti ilə böyük İmperiyaya qalib gəlmək mümkün deyildi. Hətta 1907 ci ildə Rusiya və İngiltərə öz aralarında belə bir anlaşma da bağlamışlar, Qacarlar dövlətinin şimal torpaqları Rusiyanın, cənub torpaqları isə İngiltərənin hökmranlıq etdiyi ərazilər hesab edilir. Bax 1828 ci ildə Qacarlar dövlətimizin məğlub olmasının əsas səbəbi bu idi. Şimali Azərbaycan Rusiyanın tərkibində hansı bəlalara düçar olub bunu hamı artıq bilir. Şimali Azərbaycan torpaqlarımız bölüşdürüldükdən və Haylara dövlət yaradıldıqdan sonra, dünyada maraqlar üzərində aparılan ümumi geosiyasi müharibələr nəticəsində iki dəfə müstəqilliyini qazana bilib. 1918-1920 AXC. 1991 ci ildə Xalqımız yenidən müstəqilliyini bərpa edə bildi. 33 ildir ki, Şimali Azərbaycan dövləti dünyanın güclü subyekt dövləti olaraq dünyada özünün şərəfli yerini tutub.

Cənubi Azərbaycanda isə vəziyyət İngiltərənin davamlı informasiya və ideoloji təzyiqləri ilə Qacarlar dövlətimiz tam sürətlə farslaşdırılırdı. Çünki məkirli qüvvələr yaxşı bilirlər ki, Türk dövləti heç vaxt onlar üçün oyuncaq dövlət olmayacaq. Ona görə də Türklərin halal zəhməti ilə, qanları ilə qurduqları Qacarlar dövlətini ciddi cəhtlə farslaşdırırdılar. İngiltərə bu işi 1925 ci ildə Qacarlar dövlətində məxməri inqilab edərək başa çatdırdılar. Özlərinin 4 il hazırlaşdırdıqları, vaxtı ilə Rus kazarmalarında mehdər işləmiş Rzanı "şah" təyin etdilər. Cənubi Azərbaycanda və bütün Qacarlar dövləti ərazisi olmuş, indiki iranın bütün sərhədlərini əsrlərlə qoruyub saxlayaraq formalaşdırmış Azərbaycan Türklərinin çox əsirlik hakimiyyətinə son qoyuldu. Qacarlar dövlətinin adı 1925 ci ildən 1936 cı ilə qədər "Birləşmiş Əyalətlər" kimi adlanırdı. Qacarlar kimi saxlaya bilməzdilər, çünki qacarlar Türklərdir. 1936 cə ildə yenə də İngiltərənin "məsləhəti" ilə Rza "şah" fərman verərək ilk dəfə dövlətin adını "İran" kimi qoydu. Sonrakı illərdə qəhrəman Cənubi Azərbaycan xalqı 5 dəfə üsyan edib azadlıqlarını qazanmağa cəht etsələr də, hətta iki dəfə dövlət qursalar da, Farsları öz maraqları üçün hakimiyyətə gətirən qüvvələrin varisləri də sələflərinin onlara verdiyi ənənəyə sadiq qalaraq azadlıq mübarizələrimizi qan içində boğdular. Bu məkirli siyasətin davamı olaraq 1946 cıildə qalib gələn SSRİ i qərbi Ukraynanı, Pribaltika respublikaları ilə yanaşı Cənubi Azərbaycanı da Sovet İttifaqına birləşməsinə İngiltərə və ABŞ mane olub. (Onu da qeyd edim ki, 1945-1946 illərdə Cənubi Azərbaycanda dövlətin qrulmasında önəmıi işlər görən fədakar ziyalılardan biri də İndiki Prezidentimizin ana babası Əziz Əliyev idi)

Sonradan farslara uydurma tarix yazılsa da Tarixin həmən dövrlərinə aid yazılarda da bu məkanın adını bilərəkdən Azərbaycan Türklərinin qurmuş olduğu dövlətlərin adı ilə yox, ya İran, ya da Presiya kimi yazşağa başladılar.

Bilmək lazımdır ki, Azərbaycanımızı 196 il bundan əvvəl bölən məkirli güclərin varisləri bu gün də eyni siyasəti davam etdirməkdədirlər. Böyük güclərin bu gün də Erməniləri müdafiə etməsi, İranın ya Rusiya, ya da birinci güc mərkəzinin (ABŞ, İngiltərə, qərb) təsiri altında olmasından asılı olmayaraq güclü Türk dövlətlərinin olmaması üçün müdafiə etmələri, həmən 196 il bundan əvvəl olmuş məkirli siyasətin bu gün də davam etməsi deməkdir.

Bütün xalqımız, başımıza gətirilən bəlaların təkrar olunmaması üçün, tarixi bütövlüyümüzü bərpa etmək üçün, Cənubi Azərbaycanlıların halal haqlarını qaytarmaq üçün MÜASİR, MÜSTƏQİL, GÜCLÜ DÖVLƏTİMİZİ GÖZ BƏBƏYİMİZ KİMİ QORUMALIYIQ VƏ HƏR GÜN İNKİŞAF ETDİRMƏLİYİK, GÜCLƏNDİRMƏLİYİK! MƏKİRLİ QÜVVƏLƏRİN XAİN İNFORMASİYA TORUNA DÜŞMƏDƏN, DÖVLƏTİN, RƏHBƏRİN ƏTRAFINDA BÜTÜN XALQ BİRLƏŞMƏLİDİR!

Tahir Ələkbərov

0.038134098052979